QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İrlandiyanın Baş naziri Mixol Martin Avropa Siyasi Birliyinin sammiti öncəsi jurnalistlərə açıqlamasında Azərbaycanla Ermənistan arasında nizamlanma üzrə aparılmış danışıqlardan danışıb.
Onun sözlərinə görə, Avropa Siyasi Birliyinin ilk görüşlərindən birində avropalı vasitəçilərin iştirakı ilə iki ölkə arasında müzakirələr keçirilib. Martin həmin danışıqları kifayət qədər məhsuldar qiymətləndirib.
Baş nazir bildirib ki, Azərbaycanın təşkilatın fəaliyyətində iştirakı enerji resurslarının təchizatı və digər sahələrdə mühüm irəliləyişlərə yol açıb, Avropanın iqtisadi təhlükəsizliyini gücləndirmək üçün əlavə imkanlar yaradıb.
Martin qitənin iqtisadi təhlükəsizliyinin, hibrid hücumlar və başqa təhdidlərdən müdafiənin təmin edilməsində əhəmiyyətli nəticələr əldə etməyin mümkün olduğunu qeyd edib. O, münaqişələrin həllinə müsbət töhfə verən müzakirələrin çox zaman qeyri-rəsmi şəraitdə aparıldığını vurğulayıb.