QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Alphabet-ə daxil olan Isomorphic Labs süni intellektdən istifadə etməklə dərman hazırlamaq üçün 5 milyard dollar investisiya əldə edib.
Maliyyələşdirmə raunduna Greenoaks Capital və Sequoia Capital rəhbərlik edib. Andreessen Horowitz də daxil olmaqla digər investorlar da vəsait yatırıb.
Şirkət DeepMind tərəfindən yaradılmış AlphaFold modelinə əsaslanan süni intellekt texnologiyası ilə yeni dərman namizədləri üzərində işləyir. Onkologiya və immunologiya istiqamətlərində klinikadan əvvəlki sınaqların müsbət nəticələndiyi qeyd olunur.
Cəlb edilən investisiyanın texnologiyanın inkişafına və dərman hazırlanması layihələrinin miqyasının artırılmasına sərf olunacağı bildirilir.