QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Volkswagen Çində ID. Aura L5 adlı yeni elektrikli sedan üçün ilkin sifarişləri qəbul etməyə başlayıb. Modelin ilin sonunadək satışa çıxarılması planlaşdırılır, lakin qiyməti hələ açıqlanmayıb.
Sedan tək və ikili mühərriklə təklif olunacaq. İki mühərrikli versiyanın gücü 310 kVt-a çatır. Litium-dəmir-fosfat batareyası ilə təchiz edilən avtomobil Çin CLTC standartına görə bir dəfə enerji yükləməklə 580 kilometrədək yol gedə bilir.
ID. Aura L5-də LiDAR sensoru ilə işləyən sürüş köməkçisi, avtomatik parklanma sistemi və 15,6 düymlük multimedia ekranı da var.