QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, müğənni Mətanət Əsədova şəxsi həyatı, ailə qurmaqla bağlı fikirləri və ünvanına deyilən tənqidlər barədə danışıb.
Əsədova “Bir gün” proqramında müğənni olmağı həyatında verdiyi yanlış qərarlardan biri kimi qiymətləndirib. O, səhnəyə çıxmaq arzusunda olanlara ailə qurub xoşbəxt yaşamağı tövsiyə edib: “Bir yanlışlığım var ki, müğənni olmuşam. Bu dəqiqə bu səhnəyə çıxmağa çoxlarının ürəyi gedir. Gəlməyin, gedin ailə qurun və xoşbəxt yaşayın, bir kişinin çörəyini yeyin. Özüm kişi kimi pul qazanıram. Gərək o tərəfdən olsun?”
Müğənni daha ailə qurmağı düşünmədiyini söyləyib. Onun sözlərinə görə, bu barədə əvvəlki istəyi yoxdur və hazırda sağlamlığı ilə mənəvi rahatlığını üstün tutur.
Əsədova onu bəyənmədiyini söyləyən bəzi xanımların danışıq və geyim tərzini təkrarladığını da iddia edib. “Bəzi xanımlar deyir ki, bunu sevmirəm. Amma danışığımı, geyimimi təkrarlayır. Plastik cərrahlar deyir ki, sizin şəklinizi gətirirlər, ora-buralarını sizə oxşatmaq istəyirlər. Məni bəyənmirlər. Sənətdə olanlardan isə danışmıram”, – deyə o bildirib.