QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Xalq artisti Könül Xasıyevanın Bakıda yerləşən publardan birində səhnəyə çıxması sosial şəbəkələrdə müzakirə olunur.

Xanəndənin məkanda muğam ifa etdiyi anları əks etdirən video paylaşımları izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Kadrlara çoxsaylı şərhlər yazılıb.

İstifadəçilərdən biri Xasıyevanı gənclərə muğamın incəliklərini öyrədən sənətkar kimi görmək istədiyini bildirib və onun belə bir məkanda çıxış etməsini uyğun saymadığını yazıb. Digər rəylərdə isə “Könül xanımın orda nə işini var axı?” və “belə sənətkarı belə məkanda oxumağı nə vadar edir axı?..” sualları yer alıb.

Qeyd olunur ki, həmin pubda ara müğənnilər tez-tez səhnəyə çıxır.