QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, müğənni Könül Kərimova 15 kiloqram arıqladığını açıqlayıb. O, çəki itkisinin əməliyyatla deyil, həkim məsləhəti əsasında baş verdiyini bildirib.
Kərimova hazırda 15 kiloqram çəki atdığını, lakin bir qədər də arıqlamaq niyyətində olduğunu deyib. Müğənninin sözlərinə görə, həkiminin tövsiyələrinə əməl edir və bu prosesi sağlamlığı ilə əlaqəli müalicə çərçivəsində aparır.