QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Kriştiano Ronaldo televiziya layihəsində rol alacaq. O, “Day 1s” adlı serialda bir neçə epizodda öz obrazını canlandıracaq.

Ronaldo britaniyalı rejissor və prodüser Mettyu Vonla birlikdə yaratdığı “UR·Marv Studios” şirkətinin ilk televiziya layihəsinin çəkilişlərinə başlanmasını rəsmən açıqlayıb. O, serialın istehsalında icraçı prodüser kimi də çalışacaq.

Britaniya futbolunun pərdəarxası biznesi və futbol agentlərinin həyatı barədə olan ekran işi “Paramount” platformasında yayımlanacaq. Serialın baş rolunu “Homeland” və “Billions” layihələri ilə tanınan aktyor Demian Lyuis ifa edəcək. Layihədə Tyerri Anri və britaniyalı reper Dave də yer alacaq.

41 yaşlı Ronaldo yaxın günlərdə milli komandadakı karyerasını başa vurub. O, “Əl-Nəsr”də çıxışını davam etdirərkən əyləncə, biznes və media sahələrindəki fəaliyyətini də genişləndirir.