QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Qalatasaray” yayda icarəyə götürdüyü Lesli Uqoçukvu ilə yollarını ayırmağı planlaşdırır.
İstanbul klubu böyük gözləntilərlə heyətinə cəlb etdiyi futbolçudan umduğu nəticəni ala bilməyib. Türkiyədə az meydana çıxan 20 yaşlı fransalı yarımmüdafiəçi aldığı oyun vaxtından narazıdır və komandadan getmək niyyətindədir.
Uqoçukvu Türkiyə Superliqasında beş, UEFA Çempionlar Liqasında isə iki matçda iştirak edib. Bu yeddi qarşılaşmanın heç birində o, start heyətində yer almayıb; futbolçunun ümumi oyun müddəti 123 dəqiqə olub.
Gənc yarımmüdafiəçinin qış transfer pəncərəsində klubdan ayrılmağa müsbət yanaşdığı bildirilir.