QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakının Lökbatan qəsəbəsində avtomobilin vurduğu 10 yaşlı qız həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına görə, hadisə noyabrın 22-də saat 13:00 radələrində qəsəbədəki yaşayış zonalarından birində qeydə alınıb.
Yaşıdları ilə oynayan uşaq meydançadan kənara çıxan topun dalınca yolun hərəkət hissəsinə qaçıb. Yaşayış zonasında sürət həddini aşmış ola biləcəyi ehtimal edilən sürücü qızı görməyib və onu vurub. Nəticədə azyaşlı həyatını itirib.
BDYPİ bu cür hadisələrin qarşısını almaq üçün yaşayış ərazilərində həm sürücülərin, həm də piyadaların qanunla müəyyənləşdirilmiş qaydalara əməl etməsinin vacibliyini qeyd edib.
İdarə sürücüləri yaşayış zonalarında sürət həddini gözləməyə, diqqətli və ehtiyatlı davranmağa, piyadaların təhlükəsizliyini nəzərə almağa çağırıb.