QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı halda itkilərlə üzləşəcəyini deyib.

Matviyenkonun sözlərinə görə, təşkilatda qalıb-qalmamaq Ermənistanın hüququdur. O, jurnalistlərlə söhbətində Ermənistanın KTMT-də qalmasa, çox şey itirəcəyini düşündüyünü bildirib.