QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi gündəmə gəlib. 2027-ci ilin yanvarından etibarən minimum əməkhaqqının məbləğində dəyişiklik edilməsi ehtimalı müzakirə olunur.
Bu artımın hansı kateqoriyada nə qədər ola biləcəyi sualı diqqət mərkəzindədir. İqtisad elmləri doktoru Aqil Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, əmək Məcəlləsinə müvafiq dəyişiklik edilib və yenilənən müddəalara əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaqdır. Onun sözlərinə görə, son illərin təcrübəsi artımın 8-10% aralığında olacağı ehtimalını əsaslandırır. Hər halda 2027-ci ilin büdcəsi təqdim olunarkən daha konkret fikirlər bildirilməlidir. Əsas 3 məqam var: birincisi, yeni məbləğ qüvvəyə mindikdə tam ştatla işləyən işçinin əməkhaqqı müəyyən edilmiş həddən aşağı ola bilməz. İkincisi, minimum əməkhaqqının artırılması aşağı tarif dərəcələrinin və digər əməkhaqqı pillələrinin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Üçüncüsü isə bütün dərəcələrin avtomatik olaraq eyni faizlə artmayacağıdır. Əsas odur ki, işçinin tam ştatla işində minimum əməkhaqqından aşağı əmək haqqı alması qadağandır.
Açıq mənbələrdən alınan açıqlamaya görə, minimum əməkhaqqı artımı özəl sektorda çalışanların əməkhaqqına da təsir edəcək. Aqil Əsədov vurğulayıb ki, əlavə olaraq minimum əməkhaqqı artımı vergi ödəyicilərinin xərclərini də yüksəltdi. Mövcud qaydalara görə, VÖEN-lə çalışan bütün şəxslərin DSMF-ə ödədikləri məbləğ minimum əməkhaqqı ilə əlaqəlidir, buna görə artım özəl sektor üçün əlavə xərclər yaradır. O, DSMF-yə ödənişlərin minimum əməkhaqqına bağlılığının yenidən baxılmasının arzuolunan olduğunu, hazırkı praktikanın isə minimum əməkhaqqı artımı ilə xərcləri artıracağını qeyd edib. Artımın şaxəli təsirlərini və keçmiş illərin təcrübəsini nəzərə alaraq, artımın 10%-i keçməyəcəyi ehtimalı var. Lakin cari qiymətlər daha böyük artımların zərurətini göstərir və bu, büdcə xərcləri ilə özəl sektora təsirləri nəzərə alınaraq qiymətləndirilməlidir. Eyni zamanda əsas məsələ budur ki, artıq minimum əməkhaqqı məbləğinə hər il baxılacaqdır ki, bu da minium əməkhaqqına bağlı bütün əməkhaqqıların yüksəlmiş olacaqdır.