QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, qızılın qiyməti əvvəlki gün qeydə alınan 1,9 faizlik artımdan sonra dəyişməyib. Bir troya unsiyası təxminən 3950 dollara satılıb.
ABŞ və İran arasında danışıqların irəliləməsi ehtimalı neftin qiymətini 7 faizdən artıq aşağı salıb. Eyni zamanda, Yaxın Şərqdə davam edən müharibənin enerji daşıyıcılarının qiymətinə və inflyasiyaya təsiri qızıl bazarına təzyiq yaradır.
Oktyabrda qızıl 6,8 faiz ucuzlaşaraq son 12 ayın ən aşağı səviyyəsinə düşüb. Son göstəricilərə əsasən, bir unsiya qızıl 3944,23 dollar, gümüş isə 50,23 dollar olub.