QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Səbuhi Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (ARDEA) sədri təyin olunub.

Sadıqov Səbuhi Əhəd oğlu 22 iyun 1984-cü ildə Füzuli rayonunda anadan olub. O, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2007-ci ildə isə magistr pilləsini başa vurub.

2014-cü ildə ABŞ-də Sertifikatlı Mühasib (CPA) beynəlxalq dərəcəsini əldə edən Səbuhi Sadıqov bundan əvvəl də agentliyə rəhbərlik edib. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 27-də imzaladığı sərəncamla o, Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin olunmuşdu.