QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda pul bazası 2026-cı ilin oktyabrında 25 milyard 146,1 milyon manata çatıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 17,5 faiz çoxdur.
Mərkəzi Bankın açıqladığı statistikaya görə, göstərici sentyabr ayı ilə müqayisədə də artıb. Aylıq yüksəliş 1,3 faiz təşkil edib.
2025-ci ilin dekabr ayının sonunda ölkənin pul bazası 22 milyard 470,2 milyon manat olub.