QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, SOCAR prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenovla görüş keçirib. Bu barədə SOCAR məlumat yayıb.
Görüş zamanı Azərbaycan-Qazaxıstan strateji əlaqələrinin enerji sahəsində də irəlilədiyi qeyd olunub.
Tərəflər SOCAR və “KazMunayGas” arasında 2024-cü ildə bağlanmış Strateji Əməkdaşlıq Memorandumu çərçivəsində görülən işləri müzakirə ediblər. Müzakirələrdə Qazaxıstan neftinin Azərbaycan ərazisindən daşınması üzrə əməkdaşlığın genişləndirilməsi, eləcə də enerji sektorunun müxtəlif istiqamətlərində tərəfdaşlıq məsələləri yer alıb.