QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, memar Elçin Əliyev Nizami küçəsində tarixi binaya müdaxilə olunduğunu bildirib.

Əliyev “Facebook” hesabında paylaşdığı fotolarla memarlıq abidəsində qanunsuz təmir işlərinin aparıldığını qeyd edib. O, “Hazırda Nizami küçəsində də eyni vəhşilik baş verir... Memarlıq abidəsinin başına belə oyunlar açırlar!” yazıb.

Noyabrın 24-də memar oxşar halı gündəmə gətirmiş, bundan sonra Mədəniyyət Nazirliyinin müvafiq qurumu məsələyə müdaxilə etmişdi.