QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, noyabrın 9-da Azərbaycanın magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək azalacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar yollarda görünüş məhdudlaşacaq.