QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “PALID-2015” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 0400295921) nizamnamə kapitalının məbləğini azaldıb. Əvvəllər 3 milyon 516 min manat olan kapital 10 manat müəyyən edilib.
Dəyişikliklə bağlı kreditorlar qanunvericiliyə əsasən bir ay ərzində tələblərini şirkətin yerləşdiyi ünvana çatdıra bilərlər. Ünvan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 5-dir.
2015-ci ildən Azərbaycanda fəaliyyət göstərən “PALID-2015” MMC tikinti materialları və aksessuarlarının idxalı, topdan və pərakəndə satışı ilə məşğuldur.