QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü konstruktiv adlandırıb və tərəflər arasında müsbət dialoq aparıldığını bildirib.

Paşinyan bu fikirləri Antalyada türk jurnalistin sualını cavablandırarkən səsləndirib. O, ölkələr arasındakı münasibətləri daha da inkişaf etdirmək niyyətində olduqlarını vurğulayıb.

Baş nazirin sözlərinə görə, iki ölkə arasında dəmir yolunun təmir olunaraq yenidən açılması istiqamətində iş aparılır.