QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə diplomatik münasibətlərin yaxın gələcəkdə qurulacağına inandığını açıqlayıb.

Paşinyan bu barədə 2026-cı ildə keçirilən III Dünya Erməni Sammitində iştirakçıların suallarını cavablandırarkən danışıb.

“Ermənistanla Türkiyə arasında hələ diplomatik münasibətlər olmasa da, əminəm ki, yaxın gələcəkdə bu münasibətlər qarşılıqlı ərazi bütövlüyünün, suverenliyin və sərhədlərin tanınması əsasında qurulacaq. Düşünürəm ki, bu, qəbul etməli olduğumuz faktdır”, – Paşinyan deyib.