QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Pirşağı qəsəbəsi və bağlarını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 173A və 173B nömrəli marşrutlarda avtobuslar dəyişdirilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Noyabrın 13-dən xətlər üzrə CNG texnologiyası ilə işləyən, ekoloji cəhətdən təmiz avtobuslar xidmət göstərəcək. Hər marşrutda altı avtobus fəaliyyətə başlayacaq.
Sərnişinlər gediş haqqını avtobuslarda yalnız nağdsız qaydada ödəyə biləcəklər. Biletin qiyməti 0,65 manat müəyyən edilib.