QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2027-ci il üzrə xərcləri üçün 4,7 milyon manat ayrılması nəzərdə tutulur.
Bu barədə maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.
Məmişovun sözlərinə görə, vəsait məişət zorakılığı, insan alveri və erkən nikah qurbanlarına, sağlamlıq imkanları məhdud uşaqlara, eləcə də onların ailə üzvlərinə sosial-psixoloji və psixopedaqoji dəstəyin təşkili və bu istiqamətdə digər tədbirlər üçün nəzərdə tutulub.