QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, bu axşam Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Sabah” – “Barselona” görüşünə 66 min bilet satılıb.

Bu barədə “Sabah” FK-nın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. Onun sözlərinə görə, satışa çıxarılan biletlərin, demək olar ki, hamısı alınıb.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.