QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, “Bayern” yarımmüdafiəçi Camal Musialanın səhhəti ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib. Münhen klubu onun bərpa dövründə hərtərəfli dəstəklənəcəyini qeyd edib.

Musiala noyabrın 22-də məşq edərkən yenidən huşunu itirib. Bu, futbolçunun 2026-cı ilin avqustundan bu yana yaşadığı üçüncü belə haldır.

Klubun rəsmi saytında dərc olunan məlumata əsasən, noyabrın 24-də “Bayern” rəhbərliyi Musialanın nümayəndələri ilə konstruktiv görüş keçirib. Tərəflər futbolçunun sağlamlığını əsas prioritet kimi müəyyənləşdiriblər.

Açıqlamada son günlər Musialanın səhhəti barədə yayılan müxtəlif məlumatlara da toxunulub. Bildirilib ki, narahatlıq doğuran əlamətlərlə bağlı ilkin tibbi müayinələr 2025-ci il aprelin 22-də aparılıb. Nevroloji simptomlar ilk dəfə ortaya çıxandan dərhal sonra başlayan müayinələr klubun və onun tibbi departamentinin razılığı ilə həyata keçirilib.

“Bayern” və futbolçunun nümayəndəsi olan 11WINS agentliyi məsələ ətrafında yayılan çoxsaylı şayiələrə aydınlıq gətirmək üçün birgə mövqelərini açıqlayıblar.

Klub Musialanın sağalma müddətində tam dəstək alacağını bildirib. Gələcək müzakirələrin qarşılıqlı əməkdaşlıq və məxfiliyə riayət etməklə davam etdiriləcəyi də vurğulanıb.