QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyə millisində və “Real Madrid”də çıxış edən Arda Gülər “Fənərbaxça”nın braziliyalı sabiq futbolçusu Aleks de Souza barədə fikirlərini bölüşüb.
İstanbul klubunun yetirməsi olan Gülər komandanın tarixində iz qoymuş keçmiş kapitanı uşaqlıqdan özünə örnək saydığını bildirib. Gənc yarımmüdafiəçi Aleksin oyun tərzinin ona bu gün də təsir etdiyini vurğulayıb.
“Şəxsi kumirim olduğu üçün Aleks barədə danışmaq asan deyil. Hətta dünən YouTube-da onun videolarına baxırdım. O, hələ də kumirimdir!”, – Gülər deyib.
Futbolçunun açıqlaması “Fənərbaxça” azarkeşləri və Türkiyə futbol ictimaiyyəti arasında rəğbətlə qarşılanıb.