QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, aparıcı Sərxan Kərəmoğlu xaricdə dünyasını dəyişəcəyi təqdirdə cənazəsinin Azərbaycana gətirilməsini istəmədiyini bildirib. O, bu barədə “Sevilən səhər” verilişində danışıb.
Kərəmoğlu övladlarının Azərbaycanda yaşamadığını, özünün də tez-tez başqa ölkələrdə olduğunu deyib. Onun sözlərinə görə, Rusiyada, Avropada və ya dünyanın başqa bir yerində vəfat edərsə, həmin ölkədə kremasiya olunmasını istəyir.
Aparıcı müsəlman dünyasında meyitin yandırılmasının qəbul edilmədiyini bildirsə də, şəxsi arzusunun bu olduğunu vurğulayıb. O, cənazəsinin çürüməsini, təyyarə ilə daşınarkən hadisə baş verməsini və ya gəmidə batmaq təhlükəsi yaranmasını istəmədiyini qeyd edib.
Kərəmoğlu xaricdə vəfat etdiyi halda cənazəsini Azərbaycana gətirən şəxsi “kafir” adlandıracağını da söyləyib.