QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2027-ci ilin büdcə zərfi çərçivəsində Milli Məclisin plenar iclasında müzakirə olunan qanun layihəsi sökülən binaların sakinlərinə təqdim edilən yeni mənzillərin vergidən azad edilməsini nəzərdə tutur.

Sənədə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin ərazidə inşa olunan tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb edilən gəlir sayılmayacaq.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılıb və deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib.