QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Sabah”ın müdafiəçisi Stiv Solvet “Barselona” ilə qarşılaşmadan sonra rəqib komandanın futbolçularından forma götürmək fikrində olmadığını söyləyib.
Fransalı oyunçu bu barədə “L’Équipe” nəşrinə açıqlamasında danışıb. 30 yaşlı müdafiəçi uduzmağı qəbul etməyin onun üçün çətin olduğunu bildirib.
“Belə şeylərə elə də marağım yoxdur. Məğlub olsam, heç bir halda forma istəməyəcəyəm. Azarkeşlərlə vidalaşıb gedəcəyəm. Məğlubiyyətlə barışa bilmirəm”, – Solvet deyib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”la “Barselona” bu gün Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Matçın start fiti saat 21:45-də çalınacaq.