QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını ölçmək üçün lazım olan avadanlıq mövcud deyil.
Həkim-radioloq Aydın Əliyev Xəzər TV-yə müsahibəsində əvvəllər çalışdığı institutda sümük densitometriyası cihazının olmadığını, yaxud mövcud olsa belə işləmədiyini söyləyib.
Onun sözlərinə görə, bu müayinə osteoporoz və osteopeniya kimi xəstəliklərin aşkarlanmasına, eləcə də sümük toxumasının vəziyyətinin qiymətləndirilməsinə imkan verir.
Əliyev bildirib ki, sümük densitometriyasını MRT və ya KT müayinəsi ilə əvəzləmək mümkün deyil. Mütəxəssisin fikrincə, dövlət xəstəxanalarında cihazın olmaması pasiyentləri özəl klinikalara yönəldir və onların maddi yükünü artırır.