QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, müğənni Şöhrət Məmmədov Azərbaycandan köçməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İfaçı şəxsi Instagram hesabında paylaşım edərək Niderlanda getmək qərarının səbəbini açıqlayıb. Onun sözlərinə görə, həyat yoldaşı niderlandlıdır və buna görə də həmin ölkədə yaşamağı seçib.

Məmmədov ölkədən getməsinin qaçmaq və ya incikliklə bağlı olduğu barədə iddiaları rədd edib. O, paylaşımında belə yazıb: “Nə qaçmışam, nə də küsmüşəm. Hər şey mükəmməldir. Hər şey qaydasındadır. Qısacası, bildirim ki, mən qaçmamışam. Bu, mənim haqqımdır. Arada darıxanda öz evimə, öz kəndimə gələcəm. Mənim orada böyük ailəm var. Toylarınızda yanınızda olacağam”.

Şöhrət Məmmədov 2024-cü ilin oktyabr ayının sonunda ailə qurub. Daha əvvəl efirdə həyat yoldaşının Türkiyə vətəndaşı olduğunu demişdi.