QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Nəzrin Nəcəfova anası, Xalq artisti Mələkxanım Eyyubovanı doğum günü münasibətilə təbrik edib.

Nəcəfova sosial şəbəkə hesabında anası ilə fotosunu paylaşaraq ona ünvanladığı təbrikdə sağlamlıq və daim xoşbəxt olmağı arzulayıb: “Canım, gözəl anam. Doğum günün mübarək! Sənə arzularım sonsuzdur. Ən önəmlisi canın sağlam olsun və daim üzün, ürəyin gülsün! Səni çox sevirəm! Nə yaxşı ki, varsan! Nə yaxşı ki, mənim anamsan”.