QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə dekabrda evlənməyi nəzərdə tutur.
Derici bir müddət əvvəl sevgilisinə ilin sonunadək nikah bağlamaq istədiyini deyib. O, “Bu gün bitməmiş həmin imzanı atmasan, məni unut!” ifadəsini işlədib.
Cütlük fevralda nişanlanıb. Melih Kunukçu sentyabrda toyun 2027-ci ildə keçirilməsinin nəzərdə tutulduğunu, nikahın isə 2026-cı ilə çəkilə biləcəyini söyləyib. Nikah mərasiminin dəqiq günü açıqlanmayıb.