QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyənin aparıcı onlayn ticarət platformalarından olan Trendyol noyabrın 22-dən 28-dək “Əfsanə günlər” kampaniyası keçirəcək.
Azərbaycandakı istifadəçilər kampaniya ərzində “NOYABR25” promo kodu ilə alış-veriş etdikdə 25 faiz, ən çoxu isə 20 AZN endirim əldə edə biləcəklər.
Endirimli təkliflər dəb, kosmetika və ev məhsullarını əhatə edəcək. İstifadəçilərə qış geyimləri, ayaqqabı və aksesuarlar, baxım vasitələri, kosmetika, ev dekorasiyası, mətbəx ləvazimatları, təmizlik və şəxsi gigiyena məhsulları təqdim olunacaq.
Bəzi məhsullarda endirim 60 faizə çatacaq, səbət üçün xüsusi kuponlar da tətbiq ediləcək. Kuponlardan və endirim kodlarından müxtəlif məhsulların alınması zamanı istifadə etmək mümkün olacaq.
Kampaniya dövründə Trendyol Plus abunəçiləri üçün də əlavə imkanlar nəzərdə tutulub. Azərbaycanda xidmətə ilk ay 1 AZN ödəməklə qoşulmaq olar. Sonrakı aylarda abunəliyin qiyməti 5,49 AZN olacaq. Üzvlərə ayda 10 pulsuz çatdırılma, eləcə də abunəçilərə məxsus endirimlər təqdim edilir.
Trendyol “Bu noyabr da hər kəs Trendyolda” konsepti çərçivəsində 12 milyondan artıq məhsula xüsusi endirimlər edəcəyini açıqlayıb.