QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyədə benzinin bir litrinin satış qiyməti 5,90 lirə aşağı düşüb.
Ölkədə qəbul olunan yeni qiymət tənzimlənməsi gecə yarısından qüvvəyə minib və ucuzlaşma yanacaqdoldurma məntəqələrinin qiymət lövhələrində əksini tapıb. Sürücülər yanacağı yenilənmiş, daha aşağı qiymətlərlə almağa başlayıblar.
Endirim qüvvəyə mindikdən sonra Türkiyənin müxtəlif şəhərlərində yanacaqdoldurma məntəqələrində sıxlıq yaranıb.