QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, 2026-cı il dekabrın 31-də çıxış edəcək türkiyəli müğənnilərin Yeni il konsertləri üçün nəzərdə tutulan qonorarları açıqlanıb.

Müğənnilərin Türkiyədə, Şimali Kipr Türk Respublikasında və xarici ölkələrdəki əyləncə məkanlarında çıxış etməsi planlaşdırılır. Mətbuata sızan məlumata əsasən, bəzi sənətçilər bir neçə saatlıq proqramlarına görə milyonlarla lirə qazanacaqlar.

Ən yüksək qonorar alacağı gözlənilənlər Ebru Gündeş, Kenan Doğulu və Mahsun Kırmızıgüldür. Onların hər birinin Şimali Kiprdəki otellərdə təxminən iki saat davam edəcək konsert üçün 25 milyon lirəyə razılaşdığı bildirilir.

Hadise və Yıldız Tilbenin də bayram gecəsi üçün qonorarının 22 milyon 600 min lirə olduğu iddia olunur. Digər müğənnilərin konsert məkanları və ödənişləri belə göstərilib:

Kenan Doğulu — 25 milyon lirə, Şimali Kipr; Ebru Gündeş — 25 milyon lirə, Şimali Kipr; Mahsun Kırmızıgül — 25 milyon lirə, Şimali Kipr; Yıldız Tilbe — 22 milyon 600 min lirə, Şimali Kipr; Hadise — 22 milyon 600 min lirə, Şimali Kipr.

Edis İstanbulda 20 milyon lirəyə çıxış edəcək. Hande Yener və Gülşenin Şimali Kiprdəki konsertləri üçün hər birinə 20 milyon lirə ödənəcəyi qeyd olunur.

Sibel Canın Şimali Kiprdə, Özcan Denizin də həmin ərazidə çıxışı üçün qonorar 15 milyon lirə göstərilib. Bülent Ersoy isə Batumda eyni məbləğə səhnəyə çıxacaq.

Funda Ararın İstanbul konsertinin qonorarının 12 milyon 500 min lirə olacağı bildirilir. Candan Erçetin Şimali Kiprdə, Sıla Gençoğlu isə Antalyada həmin məbləğ qarşılığında çıxış edəcək.