QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Xpress.az saytının təsisçisi Xəyalə Rəis COP31 tədbiri zamanı Leyla Əliyevaya Azərbaycan milli geyim nümunəsi olan araxçın hədiyyə edib.
Xəyalə Rəis bu barədə sosial şəbəkədəki hesabında məlumat yayıb. O, Leyla Əliyevaya Bakı Milli Geyim Evinə məxsus araxçın təqdim etdiyini qeyd edib.
Jurnalist paylaşımına “Ümid edirəm, Könülümün ruhu şaddır” sözlərini əlavə edib. Bu ifadə ilə o, milli geyim ənənələrinin yaşadılması ilə tanınan və faciəvi şəkildə vəfat edən Könül Vəliyevanı da xatırladıb.
Araxçın Azərbaycan milli geyim mədəniyyətində istifadə olunan ənənəvi baş geyimlərindəndir.