QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, noyabrın 13-də Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə güclü külək əsəcək.

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edib.

Xəbərdarlıq Bakı və Abşeron yarımadası ilə yanaşı, Salyan, Neftçala, Hacıqabul, Qobustan və Xızıya da aiddir. Həmin ərazilərdə cənub-qərb küləyinin sürətinin saniyədə 13,9-20,7 metr olacağı bildirilir.