QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də Yeni Dehlidə Nepalın mədəniyyət, turizm və mülki aviasiya naziri Xadak Rac Paudel ilə görüş keçirib. Görüş ŞƏT-in Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində baş tutub.
Tərəflər Azərbaycanla Nepal arasındakı mədəni münasibətlərin inkişaf perspektivlərini nəzərdən keçiriblər.
Müzakirələrdə mədəniyyət sahəsində əməkdaşlıq üçün hüquqi əsasların yaradılması imkanları da yer alıb. Həmsöhbətlər qarşılıqlı maraq kəsb edən mövzular barədə fikir mübadiləsi aparıblar.