QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, 2027-ci ildə ərzaq məhsullarının qiymətinə yerli istehsalın həcmi və idxal mallarının maya dəyəri təsir göstərəcək. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun qeyd edib ki, kənd təsərrüfatı məhsullarının qiymətləri istehsal səviyyəsindən əlavə, bazarda tələb və təklif nisbəti ilə də müəyyən olunur.
Bayramovun sözlərinə görə, fermerlərin fəaliyyətini dəstəkləməklə yanaşı, ərzağın istehlakçılar üçün əlçatanlığını qorumaq əsas hədəfdir. Yerli istehsalın genişləndirilməsi daxili bazarda qiymətlərin tənzimlənməsi və optimallaşdırılması üçün əhəmiyyət daşıyır.
Fermerlərə verilən güzəştlərin məqsədlərindən biri daxili tələbatın daha böyük hissəsini yerli məhsullarla təmin etməkdir.