QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 26 nəfərə qarşı dələduzluq edərək onların pul vəsaitlərini ələ keçirən Fidan Məmmədovanın məhkəmə prosesi yekunlaşıb.
Məhkəmə F.Məmmədovanı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilib. Hökmə əsasən, 1992-ci il təvəllüdlü qadın 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlərə vurulan ziyanın əvəzinin ödənilməsi üçün 60 min manata yaxın pul verdiyini söyləyib. Onun sözlərinə görə, hadisədən sonra hamı ondan üz döndərib. Zərəri qarşılamaq məqsədilə yaşadıqları evi də satdığını deyən Fidan qalan məbləği işləyərək ödəməyə hazır olduğunu bildirib.
Zərərçəkənlərin hamısı Fidanın şəxsən tanıdığı şəxslər olub. O, onların etibarından yararlanaraq dövlət qurumlarında işə düzəltmək vədi verib. Lakin belə bir işi görmək üçün nə səlahiyyəti, nə də imkanı olub.