QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, bloger Nagehan Abdullayeva Fərid Abdullayevlə evliliyinin sona çatmasına səbəb olan hadisədən danışıb.
O, “İç səs” layihəsində ayrılığın Fəridin xəyanəti ilə bağlı olduğunu bildirib. Nagehan bu prosesin onun üçün çox ağır keçdiyini, həyat yoldaşını sevdiyini və münasibətlərinə böyük önəm verdiyini söyləyib.
“Ayrılığımıza səbəb Fəridin xəyanəti oldu. Çox çətin idi. Həyat yoldaşımı çox sevmişdim. Onun uğrunda ölə biləcək qədər çox...” – deyə bloger qeyd edib.
Nagehan və Fərid Abdullayevin iki övladı var. Cütlük ötən il rəsmi qaydada boşanıb. Ayrıldıqdan sonra Nagehan İstanbula qayıdıb.