QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Abşeron rayonunda bir sıra yaşayış məntəqələrinin yolları əsaslı təmir olunacaq. İşlər Xırdalan şəhərində, Saray, Mehdiabad, Ceyranbatan, Digah və Şəfəq qəsəbələrində, eləcə də Novxanı, Masazır və Fatmayı kəndlərində aparılacaq. Təmir büdcə və büdcədənkənar vəsait hesabına həyata keçiriləcək.

Abşeron Rayon İcra Hakimiyyəti layihənin icrası ilə bağlı “Proqress İnşaat En” MMC ilə müqavilə bağlayıb. Sənədə əsasən, şirkətə 2 milyon 769 min 849 manat ödənilməsi nəzərdə tutulur.

Şirkətin qanuni təmsilçisi Kamran Abuzərov Zülfəli oğludur. “Proqress İnşaat En” MMC-nin nizamnamə kapitalı 1000 manatdır.