QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, 2026-cı ilin üçüncü rübünün yekununda BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı 2 313 nəfər təşkil edib. Bu rəqəmə müddətli müqavilə ilə işləyənlər də daxildir.

“BP-Azərbaycan”ın hesabatında bildirilən göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 76 nəfər azdır. Həmin vaxt şirkətdə çalışan Azərbaycan vətəndaşlarının sayı 2 389 nəfər olub.