QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, AFFA U-15 liqasında “Araz Bakı” və İCBFA komandaları arasında keçirilən matçın təşkili müzakirələrə səbəb olub.
Ötən gün oynanılan görüşdən əvvəl yağış meydançanı su altında qoyub. Buna baxmayaraq, topun hərəkət etmədiyi şəraitdə hakim oyunu davam etdirib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydanın ot örtüyünün bərbad vəziyyətdə olması və su basmış sahədə matçın keçirilməsi etirazlara yol açıb.