QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ağstafanın Dağ Kəsəmən kəndi ərazisində QAZ-24 və “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1972-ci il təvəllüdlü Ş.Qarayev, 1957-ci il təvəllüdlü R.Əfəndiyev, 1959-cu il təvəllüdlü İ.Qarayev və 1994-cü il təvəllüdlü N.Qarayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alan dörd nəfərdən üçü eyni ailənin üzvüdür.

Hadisə ilə bağlı araşdırma aparılır.