QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Almaniyadan Avropa Parlamentinə seçilmiş deputat Mixael fon der Şulenburq Avropanın Rusiya ilə danışıqlar aparmasının vacibliyini vurğulayıb. O, dialoqdan imtinanın ağır nəticələrə yol aça biləcəyini deyib.

Deputat bu mövqeyini “YouTube” kanalına verdiyi müsahibədə açıqlayıb. Onun sözlərinə görə, müharibə başlayacağı halda Rusiya raketlərinin Almaniyaya çatması yeddi, hətta beş dəqiqə çəkə bilər. Belə bir vəziyyətdə cavab tədbirləri görməyə vaxt qalmayacağını bildirib.

Fon der Şulenburq qeyd edib ki, münaqişənin qarşısını almaq üçün tərəflər indidən hərəkətə keçməlidir. O, fikirlərini Avropa Parlamentindəki həmkarlarına çatdırmağa çalışsa da, deputatların çoxunun münaqişənin həlli yollarını müzakirə etməyə hazır olmadığını söyləyib.

Deputatın bildirdiyinə görə, Avropa Ukrayna ilə bağlı Əbu-Dabidə keçirilən danışıqlara qatılmaq istəyib, lakin nümayəndə təyin edə bilməyib.