QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Kriştiano Ronaldonun 25 faiz paya sahib olduğu İspaniyanın “Almeriya” klubu vəfat edən 30 yaşlı futbolçu Xesus de Miguelin ailəsinə maddi yardım göstərəcək.
Klub “Tenerife” ilə öz meydanında keçiriləcək qarşılaşmanın bütün bilet gəlirlərini mərhumun ailəsinə vermək qərarına gəlib. Bildirilənə görə, Ronaldo ailənin xərclərini ömür boyu ödəyəcək.
Xesus de Miguel “Tenerife” və “Andorra” arasında keçirilən matçda qapıçı Xesus Ovono ilə toqquşandan sonra həyatını itirib.
“Almeriya” rəhbərliyi qərarın futbol ictimaiyyətinə həmrəylik və dəstək göstərmək məqsədi daşıdığını açıqlayıb. Hadisədən sonra İspaniya futbolunda matəm elan olunub, UEFA Çempionlar Liqasının oyunlarında da futbolçunun xatirəsi bir dəqiqəlik sükutla anılıb.