QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) əvvəlki əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib.

Paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binada Dövlət Xəzinədarlığı Agentliyinin, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin, eləcə də nazirliyin digər struktur bölmələrinin fəaliyyət göstərməsi planlaşdırılır.

İlkin məlumata əsasən, bina Maliyyə Nazirliyinə icarə müqaviləsi ilə təqdim olunub.

1998-ci ildə inşa edilərək istifadəyə verilən binada Mərkəzi Bank 2026-cı il iyunun 22-dək fəaliyyət göstərib. Həmin tarixdən etibarən AMB işini Heydər Əliyev prospekti, 167 ünvanındakı yeni inzibati binasında davam etdirir.