QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində robotlar xidmət göstərir.

Şəhər parklarında və media mərkəzlərində çalışan robotlar iştirakçılara qəhvə hazırlayır, dondurma təqdim edir. Sifarişlərin icrası iki dəqiqə çəkir.

AI² Robotics və X Square Robot şirkətlərinin hazırladığı sistem “təcəssüm edilmiş süni intellekt” adlandırılır. Robotlar ənənəvi proqramlaşdırma əsasında deyil, “təqlid öyrənməsi” üsulu ilə işləyir. İnsan əməkdaşlar sensorlu əlcək və kamera taxaraq işi yerinə yetirir, robotlar isə onların hərəkətlərini öyrənib təkrarlayırlar.

Hazırda robotlar standart xidmət tapşırıqlarını icra edə bilir. Ütüləmək və dağınıq otağı yığışdırmaq kimi məişət işləri isə onlar üçün çətin olaraq qalır.

2026-cı ilin ilk beş ayında Çində bu sahəyə çəkilən xərclər 230 faiz artıb.

21 üzv iqtisadiyyatı birləşdirən APEC-in 33-cü Zirvə Toplantısı noyabrın 18-də başlayıb və noyabrın 19-da yekunlaşır. Tədbirdə Çin Sədri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, Vyetnam, İndoneziya və Sinqapur da daxil olmaqla, region ölkələrinin dövlət və hökumət başçıları iştirak edir.