QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyinə baş çəkiblər.

Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, nazirlər burada görülən işlərlə tanış olub, startaplar üçün yaradılmış kovorkinq məkanları və laboratoriyaların imkanlarını nəzərdən keçiriblər.

Görüşdə SABAH.city-nin inkişaf perspektivləri və qurumlar arasında əməkdaşlığın mümkün istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Süni intellekt sahəsində çalışan startaplara dəstək, bu istiqamətdə maliyyələşmə mexanizmlərinin genişləndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflər də müzakirə olunub. Startap ekosisteminə dəstəyin artırılması və SABAH.city-nin gələcək inkişaf planının hazırlanması əsas müzakirə mövzuları sırasında yer alıb.